ŞAH NEYMƏTULLAH VƏLİ

(731/1330 – 834/1431) – tanınmış sifi şeyxlərindən biri olmuşdur. Neymətullahi təriqətinin adı onunla bağlıdır. O, Suriyanın Hələb şəhərində doğulmuş, şafii məzhəbinin davamçısı olmuşdur. Onun atası Mir Abdullah sufi şeyxi olmuşdur. Yetkinlik yaşına çatdıqda Şah Neymətullah Vəli müxtəlif ölkələrə səfərlər etmiş, məşhur sufi Abdullah Yafiinin istəkli tələbəsi, sonra isə xəlifəsi olmuşdur. Yeddi il ərzində o, İbn Ərəbinin əsərlərini öyrənmiş, sonra isə onun bəzi kitablarına şərhlər yazmışdır. Bundan sonra Şah Neymətullah yenidən səfərlərə çıxmış, İraq və Misirdə olmuş, sonra Mavərənnəhrə gedib türklərin arasında təbliğat aparmışdır. Ancaq, əmir Teymur onun fəaliyyətini dəstəkləməmiş, ona görə də Şah Neymətullah Vəli Herata, oradan Məşhədə, sonra isə Yəzdə getmişdir. Sonda o, Kirmandakı Məhan kəndinə gəlmiş, həyatının son 25 ilini orada keçirmişdir. Rəvayətlərə görə Şah Neymətullanın 500-dən artıq əsərləri olmuşdur. Şah Neymətullah Vəli tərkidünyalığın tərəfdarları olmamış, abidliyi ictimai həyatda iştirak edərkən göstərməyi təbliğ edirdi. O zaman mənəviyyat yolçusu dünya işləri ilə məşğul olsalar belə, öz “Mən”ini Allaha yönəltməlidirlər. Eyni zamanda o, təriqəti şəriətdən ayırmamışdır. Bununla yanaşı Şah Neymətullah Vəli görüntü üçün dindarlığı göstərməyin tərəfdarı da olmamışdır. Ona görə o, xüsusi dini geyimdə cəmiyyətə çıxıb özünü göstərməyə qarşı idi. O, musiqi ilə müşayiət olunan səmaların keçirilməsinə icazə vermişdir.
ŞAFİİ MƏZHƏBİ
ŞAHİKÜL-CƏBƏL
OBASTAN VİKİ
Şah Nemətullah Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
VƏli Ələkbərov
Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası – 17 mart 2016, Şirvan) — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri. Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonunun Uluxanlı kəndində vaxtı ilə Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbi bitirib,30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı.Həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur. Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır. 25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir. 1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır.1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Vəli Abdullayev
Vəli Albəndov
Vəli Axundov
Vəli Yusif oğlu Axundov (1 (14) may 1916, Saray, Bakı qəzası – 22 avqust 1986, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958–1959), Azərbaycan SSR səhiyyə naziri (1954–1958). Vəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəvə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1936-cı ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.
Vəli Ağbaba
Vəli Ağbaba (türk. Veli Ağbaba; 3 aprel 1968) — TBMM 24, 25, 26, 27-ci çağırış millət vəkili, Türk siyasətçi və Cümhuriyyət Xalq Partiyasının sədr müavini. Vəli Ağbaba 3 aprel 1968-ci ildə Malatya şəhərinin Qaraca kəndində anadan olmuşdur. Turan Əməksiz liseyini bitirdikdən sonra, Əskişəhərdə yerləşən Anadolu Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsini 1989-cu ildə bitirmişdir. Vəli Ağbaba universitet illərində Anadolu Universiteti Tələbə Dərnəyinin rəhbəri vəzifəsini yerinə yetirmiş və Əskişəhər Xalq Evinə üzv olaraq tələbə gənclik hərəkatında yer almışdır. Vəli Ağbaba əsgərlikdən sonra 1993-cü ildə Sosial-demokrat Xalqçı Partiyasına qatıldı və 1994-cü il seçkilərində Malatya Bələdiyyə Məclis üzvü seçilərək bələdiyyələrdəki ən gənc fraksiya sədri oldu. Vəli Ağbaba 18 fevral 1995-ci il tarixində toplanan qurultayda Cümhuriyyət Xalq Partiyası ilə Sosyaldemokrat Xalqçı Partiyasının birləşmə qurultayında qurultay sədri vəzifəsini icra etmişdir. 1998-ci ildə keçirilən şəhər konqresində Cümhuriyyət Xalq Partiyası Malatya Şəhər Təşkilatının sədri seçildiyində 30 yaşında olan Vəli Ağbaba 1999-cu il seçkilərində Cümhuriyyət Xalq Partiyasının şəhər təşkilatının sədri seçilmişdir. Vəli Ağbaba 2002-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizəd, 2007-ci il seçkilərində isə Malatya millət vəkilli namizədliyinə namizəd olmuşdur. 2003–2005-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Nizam-intizam Komitəsinin üzvü, 2004-cü ildə isə Cümhuriyyət Xalq Partiyasının Seçki Komitəsinin sədri olmuşdur.
Vəli Babayev
Vəli Allahverdi oğlu Babayev (17 fevral 1945, Naxçıvan – 22 yanvar 1989, Naxçıvan) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar artisti (1974). Orta məktəbi bitirəndən sonra bir il Naxçıvan Dövlət Musiqili Dram teatrının yardım heyətində çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini (indiki Mədəniyyət və İncəsənət Universitetini, R. Təhmasib və M.Məmmədovun sinfi) bitirib (1962–1966). Təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib. İlk quruluşu olan Georgi Mdivaninin "Konsulu oğurladılar" (5 noyabr 1966) tamaşası teatr ictimaiyyətində böyük maraq doğurub. 1972–1974-cü illərdə Moskvada Anademik Bədaye Teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq Naxçıvan teatrına baş rejissor təyin olunub. Vəli Allahverdi oğlu Babayev 4 oktyabr 1974-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri ilə səsləşirdi. O, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. Həmin cəsarətli sənət axtarışları baxımından onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının "Yaşar" (10 fevral 1967) və "Od gəlini" (22 mart 1970), Nazim Hikmət və Vera Tulyakovanın "Kor padşah" (29 dekabr 1968), Lope de Veqanın "Nə yardan doyur, nə əldən qoyur" (28 oktyabr 1974), Cəlil Məmrnədquluzadənin "Dəli yığıncağı" (23 may 1975), Avksenti Saqarelinin "Tiflis yengələri" ("Xanuma".
Vəli Baxşəliyev
Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007). Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir. 1982-ci ildə А. А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidələrin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə İstanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir.
Vəli Hüseynov
Hüseynov Vəli Allahverdi oğlu (1 fevral 1964, Behrud, Ordubad rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Vəli Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub, 1988-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub, 2004–2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərib. 60-dan çox elmi əsərin müəllifidir. Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H. M. Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb.
Vəli Ləzgiyev
Vəli Ləzgiyev - Şair, Partizan Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır. 1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. II Dünya Müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.
Vəli Muxatov
Muxatov Vəli (22 aprel (5 may) 1916, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 6 yanvar 2005, Aşqabad) — türkmən bəstəkarı, SSRİ xalq artisti (1965), Stalin (1951, 1952) mükafatları və Türkmənistan Dövlət mükafatı (1972) laureatı. Türkmən milli peşəkar musiqisinin banilərindəndir. Üzeyir Hacıbəyovun "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyasının Aşqabadda, Türkmənistan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur. Ü. Hacıbəyovun musiqisini nikbin və dərin milli koloritə malik musiqi kimi yüksək dəyərləndirmişdir.
Vəli Məmmədov
Məmmədov Vəli Hüseyn oğlu (7 yanvar 1931, Yardımlı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı. Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır. Yardımlı rayon dövlət bankında mühasib işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952–1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953–1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956–1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957–1960).
Vəli Nağıyev
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.
Vəli Nəbiyev
Vəli Nəbiyev (Vəli Nəbi oğlu Nəbiyev; 13 yanvar 1955, Çərçiboğan, Noraşen rayonu – 21 may 1998, Gəncə) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.[mənbə göstərin] Nəbiyev Vəli Nəbi oğlu 13 yanvar 1955-ci ildə Şərur rayonunun Çərçiboğan kəndindən anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin( indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 21 may 1998-ci ildə Gəncə şəhərində vəfat edib. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1980-1996-ci illərdə Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük və aparıcı elmi işçi, Nizami Gəncəvi adına Gəncə Dövlət Universitetinin professoru olub. 1996-1998-ci illərdə Gəncə Dövlət Universitetinin prorektoru olub. XIX-XX əsrlər Azərbaycan bədii nəsrinin üslub istiqamətlərinə, janr-üslub təkamülünə dair tədqiqatların, 100-qədər elmi, elmi-publisistik məqalənin müəllifidir. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl bölgələrinin folklor nümunələrini toplayıb nəşr etdirmişdir. Zaman və nəsrin problemləri, Bakı, 1987. Naxçıvan Ensiklopediyası.
Vəli Nəsirov
Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor. Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir. “Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56). BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub. SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973) SSRİ — Qırmızı Ulduz SSRİ — I dərəcəli Vətən müharibəsi ordeni Naxçıvan Ensiklopediyası.
Vəli Qasımov
Vəli Aydın oğlu Qasımov (4 oktyabr 1968, Kirovabad) — azərbaycanlı futbolçu və futbol məşqçisi. Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası usta rəssam, anası isə tibb bacısı olub. Azərbaycan, rus, ispan, portuqal dillərini bilir. Murad adlı bir oğlu var. Uşaqlıq illərini Gəncədə evlərinin yaxınlığında yerləşən "Metallurq" stadionunda keçirib; həm futbol, həm də həndbol oynayıb. 14 yaşında həndbolla vidalaşıb və bütün diqqətini futbola yönəldib. Futbol oynamağa doğma Gəncə şəhərinin Pişevik klubunun gənclər komandasında başlayıb. İlk məşqçisi Yusif Məhərrəmov olub.
Vəli Quliyev
Vəli Quliyev (icra başçısı)
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.